“Boeing” konserninin səhmləri iyunun 12-də ticarət sessiyası zamanı 7 %-dən çox ucuzlaşıb.
Bakıvaxtı.az “News18” telekanalına istinadən xəbər verir ki, bu, Londona uçan “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” tipli təyyarənin Əhmədabadda qəzaya uğramasından sonra baş verib.
Yerli vaxtla saat 15:26-ya olan məlumata görə, "Boeing"in səhmləri 7,72 % azalaraq 197,58 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, təyyarə qəzası nəticəsində 133 nəfər həlak olub.