• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Holokost zəmanəmizin ən dəhşətli cinayətlərindən biridir" - Azərbaycan XİN

SİYASƏT

27 Yanvar 2022 | 10:07

"Holokost zəmanəmizin ən dəhşətli cinayətlərindən biridir" - Azərbaycan XİN

Azərbaycan Xarici İşlər Nazirliyi Holokostu anım günü ilə bağlı paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün zəmanəmizin ən dəhşətli cinayətlərindən biri olan Holokostun anım günüdür. Bu gün biz nifrət, soyqırım, insanlığa qarşı cinayətlər, irqçilik və ksenofobiyanı xatırlayırıq və onlara qarşı birlikdəyik".

Qeyd edək ki, Holokost İkinci Dünya müharibəsi dövründə Avropa yəhudilərinə qarşı yönəlmiş soyqırımıdır. 1941-ci ildən 1945-ci ilədək nasist Almaniyası işğal olunan ərazilərdə sistematik olaraq 6 milyona yaxın yəhudini qətlə yetirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026