• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Hikmət Hacıyev Ukrayna ilə bağlı Azərbaycanın mövqeyini açıqladı

SİYASƏT

25 Fevral 2022 | 21:23

Hikmət Hacıyev Ukrayna ilə bağlı Azərbaycanın mövqeyini açıqladı

“Ukrayna ətrafında baş verən hadisələri yaxından izləyirik”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Ukraynada baş verənlər narahatlıq doğuran proseslərdir:

“Azərbaycanın mövqeyi ondan ibarətdir ki, beynəlxalq hüququn norma və prinsipləri rəhbər tutularaq məsələnin siyasi-diplomatik yollarla və dialoq əsasında həll edilməsi çox vacibdir. Bu xüsusda da ilkin addım kimi atəşkəsə nail olunması vacib təməl məqamlardan biridir.

Azərbaycan beynəlxalq münasibətlərdəki fəaliyyətində beynəlxalq hüququn norma və prinsiplərini həmişə rəhbər tutur və bunların sırasında da xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyi məsələsini qeyd etmək istərdim”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026