Dünyanın ən mühüm enerji marşrutlarından biri olan Hörmüz boğazında vəziyyət gərgin olaraq qalır.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bölgədə ticarət gəmilərinin hərəkəti real vaxt rejimində izlənilir. Son insidentlərdən sonra boğazdan keçən gəmilərin təhlükəsizliyi ilə bağlı narahatlıqlar artıb.
Məlumata görə, iki kommersiya gəmisinə hücum edilib. Onlardan biri Qətərə məxsus mayeləşdirilmiş təbii qaz tankeri zərbə aldıqdan sonra mühərrik bölməsində yanğın baş verib. Ekipaj üzvlərinin təhlükəsiz şəkildə təxliyə edildiyi bildirilir.
Hadisə fonunda dünya bazarlarında neft qiymətləri yüksəlib. Analitiklər hesab edirlər ki, Hörmüz boğazında gərginliyin davam etməsi enerji təchizatına və qlobal ticarətə mənfi təsir göstərə bilər.
Zümrüd Məmmədova
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bakı 



