• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hüseyn Abdullayev həbsdə aclığı dayandırdı

CƏMİYYƏT

06 Iyun 2024 | 14:18

Hüseyn Abdullayev həbsdə aclığı dayandırdı

Altı illik həbs müddətinin başa çatmasına az qalmış yeni ittihamla cinayət məsuliyyətinə cəlb edilən sabiq deputat Hüseyn Abdullayev aclıq aksiyasını dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun vəkili Ceyhun Yusifov məlumat verib.

Vəkilin sözlərinə görə, o və digər müdafiəçilər yaşlı anası ilə birlikdə müvəkkili ilə görüşüblər. Onların xahişi ilə H. Abdullayev aclığı dayandırıb.

Qeyd edək ki, Hüseyn Abdullayev cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur. Onun haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026