• Bakı 22° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

İcra Hakiminin şöbə müdiri niyə işdən azad edilib? - SƏBƏB

CƏMİYYƏT

01 Dekabr 2022 | 16:12

İcra Hakiminin şöbə müdiri niyə işdən azad edilib? - SƏBƏB

Ötən gün mətbuatda Füzuli Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Bayram Niftəliyevin vəzifəsindən azad olunması ilə bağlı məlumat yayılmışdı. Onun işğaldan azad edilmiş ərazilərə müvafiq icazə olmadan keçdiyi üçün işdən çıxarıldığı iddia olunurdu.

Bakıvaxtı.az  xəbər verir ki, keçmiş şöbə müdiri feysbuk hesabında işdən çıxmasının bu səbəblə əlaqəli olmadığını açıqlayıb: “Saytlarda yazılana görə işğaldan azad olunmuş ərazilərə müvafiq icazə olmadan, qanunsuz səfər etdiyimə görə işdən azad olunmuşam. Ancaq gerçəklik isə tamam başqadır. Məni tanıyanlar bilirlər ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən işğal altında olan torpaqlarımız azad edildikdən sonra mütəmadi olaraq Füzuli rayonuna səfərlər etmişəm. Füzuli rayonuna səfər etmiş yüksək rütbəli dövlət və hökumət nümayəndələrini, beynəlxalq təşkilatların rəsmilərini, yerli və xarici kütləvi informasiya vasitələrinin əmədaşlarını, boloqerləri, QHT rəhbərlərini rayondan olan rəsmi şəxs kimi müşaiyət etmişəm. Həmin səfərlər zamanı 30 ilə yaxın işğal dövründə erməni vandalizminə məruz qalmış mədəniyyət abidələri, dini abidələr, məktəblər, kitabxanalar, infrastruktur obyektləri və s. barədə danışmışam. Yerli və xarici telekanallara bununla bağlı müsahibələr vermişəm (Qətərin məşhur Əlcəzairə, Fransanın Frans24, Türkiyənin Anadolu Agentliyi, TRT və s.) İşğaldan azad olunmuş Füzuli rayonuna rəsmi səviyyədə dəfəllərlə səfərlər etmiş birinin həmin yerlərə qanunsuz, gizli getməsi tamamilə absurddur. Görünür mənimlə bağlı cəza verənin ədalət tərəzisi əyilib”. 


SON XƏBƏRLƏR

18 Aprel 2024