• Bakı 22° C

    7.81 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

İDDİA: İsraillə PKK-nın əlaqələri GENİŞLƏNİR

DÜNYA

30 Dekabr 2024 | 11:01

İDDİA: İsraillə PKK-nın əlaqələri GENİŞLƏNİR

ABŞ-nin Suriyadan qüvvələrini çıxarma ehtimalı PKK/YPG arasında narahatlıq və panika yaradıb.

Bakıvaxtı.az bu barədə KAN-a istinadla xəbər verir.

Belə ki, adının açıqlanmasını istəməyən PKK/YPG üzvü İsrailin beynəlxalq platformalarda onlara siyasi dəstək verməsini və ABŞ-ni Suriyadakı “beynəlxalq koalisiyanı” dəstəkləməyə davam etməyə inandırmasını istədiklərini bildirib.

Həmçinin, son həftələrdə İsraillə PKK/YPG arasında əlaqə kanalının qurulduğu qeyd edilib.

Bu dəstəyin PKK/YPG və İsrail arasındakı münasibətlərdə tarixi dönüş nöqtəsi ola biləcəyi vurğulanıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

05 Iyun 2025