• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İƏT rəsmisi seçkilərdən danışdı

 

CƏMİYYƏT

08 Fevral 2024 | 10:19

İƏT rəsmisi seçkilərdən danışdı

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) Baş katibinin müavini Əli Əsgər Mohammadi Sicani müşahidə apardıqları məntəqələrdə seçicilərin aktivliyinin birmənalı şəkildə yüksək səviyyədə olduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, deyib ki, bu seçki Azərbaycan üçün əsl bayram idi.

Azərbaycan dilində danışan beynəlxalq müşahidəçi qeyd edib ki, yaşlı, cavan, kişi, qadın - hər kəsin seçkidə fəal iştirak etdiyini gözləri ilə görüb.

"Bu kampaniya işğaldan azad edilmiş ərazilərdə də keçirildi. Bildiyim qədər 26 məntəqə yaradılmışdı. Amma azad edilmiş ərazilərə getmək fürsətimiz olmadı. Buna baxmayaraq, səsvermənin yüksək şəffaflıq şəraitində keçirildiyinə inanıram", - Əli Əsgər Mohammadi Sicani söyləyib.

İƏT rəsmisi qadınların seçkidə aktiv iştirakının da diqqətini çəkdiyini və buna görə yüksək məmnunluq duyduğunu vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR