• Bakı 11° C

    1.57 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

II Elizabetin cənazəsi Londona çatdırılıb

DÜNYA

14 Sentyabr 2022 | 01:12 | Müəllif: Qalib İbrahimoğlu

II Elizabetin cənazəsi Londona çatdırılıb

Kraliça II Elizabetin cənazəsini daşıyan Kral Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi Londona çatıb.

Bakıvaxtı.az xəbər verir ki, uçuş zolağında təyyarəni Böyük Britaniyanın Baş naziri Liz Trass, müdafiə naziri Ben Uolles, həmçinin Britaniya Hərbi Hava Qüvvələrinin Kral eskadrilyasının komandanlığı və hərbi heyəti qarşılayıb.

Kraliçanın tabutu avtomobilə yükləndikdən sonra dəfn korteji London küçələri ilə Bukingem Sarayına gedib. Burada onu kral III Karl və kraliça Kamilla, həmçinin Uels şahzadəsi Uilyam və Keyt Midlton qarşılayacaqlar.

Tabut monarxın iqamətgahının əsas salonlarından birində nümayiş etdiriləcək(oxu.az). Burada saray əyanları və kral iqamətgahının əməkdaşları II Elizabet ilə vidalaşa biləcəklər.

Sentyabrın 14-də Bukingem Sarayından tabutun Vestminster Sarayına daşınması planlaşdırılır.

Dəfnə qədər kraliçanın cənazəsi orada qalacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR