• Bakı 20° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

II İliya İlham Əliyevə məktub yazdı

SİYASƏT

19 Fevral 2024 | 22:39 | Müəllif: Subhan Mahmudov

II İliya İlham Əliyevə məktub yazdı

Bütün Gürcüstanın Katolikos-patriarxı, Mtsxeta və Tiflis arxiyepiskopu, Pitsunda, Suxumi və Abxaziya mitropoliti II İliya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, məktubda vurğulanıb:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik. Bu, ölkənizin vətəndaşlarının Sizə göstərdiyi böyük etimadın təzahürüdür və tamamilə qanunauyğundur.

Sizin ölkələrimiz arasında qardaşlıq münasibətlərinin inkişafına şəxsi töhfənizi yüksək qiymətləndiririk. Ümidvarıq ki, bu münasibətlər tərəfdaşlıq prinsipi əsasında gələcəkdə daha da möhkəmlənəcəkdir.

Sizə və ailənizə cansağlığı, əmin-amanlıq, Azərbaycanın firavanlığı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayırıq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026