• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İki avtomobil toqquşdu: Ölənlər var

CƏMİYYƏT

20 Iyun 2022 | 11:26 | Müəllif: Qalib İbrahimoğlu

İki avtomobil toqquşdu: Ölənlər var

Abşeronda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Verilən xəbərə görə, iyunun 19-da saat 22 radələrində Abşeron rayonunun Müşfiq qəsəbəsi ərazisində Pirəkəşkül kənd sakini Babək Məmmədovun idarə etdiyi “Opel” və Şamaxı rayon sakini Q.Babayevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə Babək Məmmədov və sərnişini Samilə Məmmədova hadisə yerində ölüblər.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026