• Bakı 17° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

İlham Əliyev: 28 il ərzində Minsk qrupu heç bir nəticə vermədi

SİYASƏT

03 May 2023 | 14:26

İlham Əliyev: 28 il ərzində Minsk qrupu heç bir nəticə vermədi

Yeri gəlmişkən, nəticə nöqteyi-nəzərdən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməmişdir. Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda ABŞ-ın Prinston Universitetindən olan Maykl Reynoldsun sualına cavabında bildirib.

İşğal dövründə Minsk qrupunun Azərbaycanda çox populyar olmadığını deyən dövlət başçısı qeyd edib: “İndi isə o artıq fəaliyyətini dayandırdığı üçün biz yəqin ki, bu məsələni dərindən müzakirə etməməliyik. Münaqişənin sülh yolu ilə həllini tapa bilməməsinin əsas səbəbi o idi, Ermənistan bunu istəmirdi”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026