“İki gün sonra Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin doğum günüdür”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin 22 dekabr 2023-cü il tarixli iclasında sədr Sahibə Qafarova deyib.
“Son 30 ildə Azərbaycanın ən böyük problemi olan maneə artıq keçmişdə qalıb. Qarabağ və Şərqi Zəngəzurun işğalına son qoyulmuş, suverenliyimiz tam bərpa olunmuşdur. Bunun kökündə İlham Əliyevin siyasəti dayanır. Möhtərəm İlham Əliyev adını Azərbaycan tarixinə qızıl hərflərlə yazıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda Qarabağ quruculuq işlərinə görə ön plandadır. İlham Əliyevin iştirakı ilə dünən Xankəndidə baş tutan tədbirlər Qarabağ Azərbaycandır şüarını bir daha Azərbaycana çatdırdı. İlham Əliyevə növbəti fəaliyyətində məktub yazaraq yeni uğurlar arzulayaq”.
Aytac Aslan
















