• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"İlham Əliyevlə Ərdoğan Rusiya ilə danışıqlar təklif etdilər" - Zelenski

SİYASƏT

26 Fevral 2022 | 23:12 | Müəllif: Subhan Mahmudov

"İlham Əliyevlə Ərdoğan Rusiya ilə danışıqlar təklif etdilər" - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ona Rusiya lideri Vladimir Putinlə münaqişənin nizamlanması üzrə danışıqların təşkilini təklif ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bunu V.Zelenski videomüraciətində bildirib.

Ukrayna dövlət başçısının sözlərinə görə, fevralın 26-da o, bir sıra xarici dövlətlərin başçıları, o cümlədən Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

"Onlar Rusiya ilə danışıqları təşkil etməyi təklif etdilər və bunu ancaq alqışlamaq olar", - deyə V.Zelenski bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026