Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, telefon danışığı zamanı Dağlıq Qarabağda vəziyyətin sabit olduğu, atəşkəs rejiminə ciddi şəkildə əməl edildiyi vurğulanıb.
"Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə edilib. Vəziyyətin ümumiyyətlə sabit olduğu və atəşkəs rejiminə ciddi əməl edildiyi məmnunluqla qeyd olunub”, - deyə məlumatda bildirilib.
















