“İlk qazancımı bilmədən əldə etmişəm”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri meyxanaçı Pərviz Bülbülə “Rəngarəng səhər” verilişində deyib.
O, ilk dəfə keçmiş pul vahidi ilə 100 000 manat pul qazandığını bildirib:
“Mən 16 yaşımda mədrəsə bitirmişəm. Quran oxuyurdum. Günlərin bir günü, Novruz bayramı ərəfələrində nənəm dedi ki, “bayramdır, bacarırsansa, get dünyadan köçənlər üçün “Yasin” oxu”. Mən də getdim. Elə oxuyurdum ki, gördüm bir ailə yaxınlaşdı. Dedilər ki, “bizim üçün də oxuya bilərsən?” Dedim ki, “hə, oxuyaram”. Savabdır, Allaha xatir… Başladım oxumağa. Mən oxuyub bitirməmişdən öncə biri əlini cibimə salıb, nəsə qoydu. Sonra isə getdilər. Oxuyub qurtarandan sonra baxdım ki, o vaxtın pulu ilə iki dənə 50 minlikdir. Getdim böyük bir xalça alıb, divardan asdım. O xalça indi də qalır”.
Ziyafət Əlisoy














jpg-1714481986.webp)

