• Bakı 22° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

İlkinlə bağlı hökmdən şikayət verildi

CƏMİYYƏT

22 Iyun 2023 | 09:51

İlkinlə bağlı hökmdən şikayət verildi

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı amansızlıqda öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanovla bağlı hökmdən apellyasiya şikayəti verilib.

Bakıvaxtı.az xəbər verir ki, şikayət ərizəsində təqsirləndirilən şəxsin verilmiş ittihamlarla əlaqəsinin olmadığı, məhkəmə istintaqı müddətində bunu təsdiqləyən sübutlar ortaya qoyulduğu qeyd edilib.

Vəkillər üst məhkəmədən İlkin Süleymanov barəsindəki ittihamedici hökmün ləğv edilməsini, bəraət qərarı çıxarılmasını xahiş ediblər.

Şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması iyunun 5-də başa çatıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il azadlıqdan məhrum edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026