• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İmişli regional ədliyyə idarəsində “Açıq qapı” günü keçirilib - FOTO

CƏMİYYƏT

27 Avqust 2022 | 23:44 | Müəllif: Qalib İbrahimoğlu

İmişli regional ədliyyə idarəsində “Açıq qapı” günü keçirilib - FOTO

Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin, yerli ədliyyə qurumlarının, Rayon İcra Hakimiyyətinin, yerli “Xalq sözü” qəzetinin əməkdaşlarının və rayon sakinlərinin iştirakı ilə “Açıq qapı” günü təşkil edilib.

Bakıvaxtı.az xəbər verir ki, öncə regional idarənin inzibati binasına daxil olan şəxslər binada Ədliyyənin şəhidi, “fəxri ədliyyə işçisi” Ruhin Xəlilovun və İmişli rayonunda yaşamış və müharibədə şəhid olmuş qəhrəmanların əziz xatirəsinə quraşdırılmış stendlə tanış olub, eləcə də binada yerləşən xidməti otaqların iş şəraiti və zalların vəziyyəti ilə bağlı onlara ətarflı məlumat verilib.

Daha sonra binada yerləşən “Konfrans zalı"nda Regional idarənin rəisi İsgəndər Orucovun rəhbərliyi və gələn şəxslərin iştirakı ilə tədbir keçirilib.

Tədbirə başlamazdan əvvəl illərlə düşməni işğalında qalmış torpaqları azad etmək üçün həyatlarını fəda edən, vətən müharibəsində tarixi qələbəni bizə yaşadan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Açıq qapı” günü ilə bağlı tədbirdə vətəndaşlara ədliyyə, o cümlədən bələdiyyə və məhkəmə orqanlarının fəaliyyəti ilə taniş edilib, ədliyyə sahiəsində həyata keçirilən mütərəqqi islahatlar, əhaliyə göstərilən elektron xidmətlər barədə ətraflı məlumatlar verilib. Tədbir iştirakçıların çıxışları  ilə və diskussiya şəraitində davam edib.

Həmçinin “Açıq qapı” günündə bir qrup vətəndaşların qəbulu da təşkil edilib və qəbulda qaldırılan bəzi problemlərin həllinə yerindəcə aydınlıq gətirilib, digər məsələlərlə bağlı məsul işçilərə müvafiq tapşırıqlar verilib.


İmişli regional ədliyyə idarəsində “Açıq qapı” günü keçirilib - FOTOİmişli regional ədliyyə idarəsində “Açıq qapı” günü keçirilib - FOTOİmişli regional ədliyyə idarəsində “Açıq qapı” günü keçirilib - FOTOİmişli regional ədliyyə idarəsində “Açıq qapı” günü keçirilib - FOTOİmişli regional ədliyyə idarəsində “Açıq qapı” günü keçirilib - FOTOİmişli regional ədliyyə idarəsində “Açıq qapı” günü keçirilib - FOTOİmişli regional ədliyyə idarəsində “Açıq qapı” günü keçirilib - FOTOİmişli regional ədliyyə idarəsində “Açıq qapı” günü keçirilib - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026