Rusiya Prezidenti Vladimir Putin Əfqanıstandakı vəziyyəti Pakistan Baş naziri İmran Xan ilə telefon danışığında müzakirə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə çərşənbə günü Kremlin mətbuat xidməti məlumat yayıb.
Danışıq zamanı Əfqanıstandakı vəziyyəti müzakirə edərkən ölkədə sülhün, təhlükəsizliyin qorunmasının və zorakılığın qarşısının alınmasının, bütün əhalisi qrupların maraqlarını nəzərə alan əhatəli bir hökumətin yaranmasına töhfə verəcək Əfqanıstandaxili dialoqun qurulmasının vacibliyi vurğulanıb.
Əfqanıstan problemlərinə həm ikitərəfli, həm də çoxtərəfli formatda yanaşmaların əlaqələndirilməsi razılaşdırılıb. Eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatının imkanlarından regional sabitliyin təmin edilməsində, habelə terrorizm və narkotik təhlükəsi ilə mübarizədə istifadə edilməsinin məqsədəuyğunluğu qeyd edilib.
Məlumata görə, ticari-iqtisadi əlaqələrin inkişafı, enerji və humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsi də daxil olmaqla ikitərəfli gündəliyin bir neçə mövzusuna toxunulub.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















