• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İndi də Marburq virusu... - İnfeksionist artma səbəbini AÇIQLADI

CƏMİYYƏT

19 Iyul 2022 | 16:25

İndi də Marburq virusu... - İnfeksionist artma səbəbini AÇIQLADI

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qərbi Afrika ölkəsi Qanada Marburq qızdırması epidemiyası elan edib. ÜST-dən verilən açıqlamada Seneqalda bir laboratoriyaya göndərilən nümunələrdə Marburq virusunun aşkar edildiyi bildirilib. Qeyd olunub ki, xəstələrin təmasda olduqları 90-dan çox şəxs, o cümlədən tibb işçiləri müəyyən edilərək nəzarətə götürülüblər.

Meyvə yarasaları vasitəsilə yoluxan Marburq qızdırması insanlar arasında bədəndən ifraz olunan mayelər və ya yoluxmuş şəxslərlə təmas nəticəsində də yayılır. İnfeksiyaya yoluxmuş insanlarda yüksək hərarət, şiddətli başağrısı, halsızlıq, qusma kimi təsirlər birdən-birə baş verir və yeddi gün ərzində bir çox xəstələrdə ağır hemorragik simptomlar özünü göstərir. Marburq qızdırmasında ölüm nisbəti 23 faizlə 90 faiz arasında dəyişə bilir. Qeyd edək ki, 2019-cu ildən dünyanı cənginə alan koronavirus infeksiyasının da ilkin olaraq yarasalar tərəfindən insanlara ötürüldüyü bildirilir.

İnfeksionist Nicat Əzimli Bakıvaxtı.az-a bildirib ki, Marburq qızdırması yeni bir xəstəlik deyil. Onun sözlərinə görə, bununla bağlı çoxdan tibbi ədəbiyyatlarda da məlumatlar var: "Bu, hər zaman endemik ərazilərdə və yoluxma hallarında qeydə alınıb. Koronavirus pandemiyasından sonra xəstəliklər çoxalıb. Bunun da bir izahı var. Dzüdür, bu məlumatı təkzib etmirəm, amma insanların da xəstəlik xəbərlərinə maraqğı çoxalıb. Medianın da buna diqqəti və marağı artıb. Ona görə də, hesab edirəm ki, hər yeni xəstəlik xəbəri narahatlığa səbəb olmamalıdır”.

İnfeksionist hesab edir ki, belə xəbərlərə çox da diqqət yetirməyə ehtiyac yoxdur:

“Əgər meymunçiçəyi və koronavirus kimi ciddi xəstəliklər olarsa, ehtiyatlı davranmaq barədə rəsmi məlumatlar verilir. Bəli, Marburq kimi adı insanlara tanış olmayan xəstəliklərdə də, endemik olaraq vaxtaşırı yoluxmalar olur. Meymunçiçəyi də çoxdan mövcud idi. Meymunçiçəyi 50 ildən çoxdur ki, elmə məlumdur. Qeyri-xarakterik ərazilərdə, yəni məsələn, Avropada meymunçiçəyinə yoluxma sayı, onun endemik vətəni olan Afrikanı keçdi. Bu, həqiqətən qeyri-təbii bir haldır. Koronavirus və meymunçiçəyinin təhlükəsini ancaq mutasiyalarla izah etmək olar”.

N.Əzimli virusların yaranma çoxluğunu həm də iqlim dəyişikliyi ilə əlaqələndirib:

“Dünyada qlobal iqlim dəyişikliyi hamıya məlumdur. Müəyyən ərazilərdə həddindən çox isti olur, bəzi yerlərdə təbii fəlakətlər baş verir və bununla da heyvanların yaşayış arealı dəyişir. Beləliklə, bir canlıya məxsus olan virus digərinə keçə bilir. Bir virus bir heyvandan digərinə keçib o orqanizmdə çox xüsusiyyət qazanma ehtimalı artır. Beləliklə də, Koronavirus və Meymunçiçəyinin də yayılmasının kökündə təbii proseslər dayanır”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026