• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“İnflyasiya təzyiqləri yüksəlib” - Baş nazir

SİYASƏT

15 Mart 2022 | 11:21

“İnflyasiya təzyiqləri yüksəlib” - Baş nazir

“Strateji valyuta ehtiyatlarımız xarici dövlət borcunu 7 dəfə üstələyir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, 2020-ci illə müqayisədə xarici dövlət borcu 8,7 % azalıb: “2021-ci ildə dövlət borcunun idarə olunması, şəffaflı\ın artırılması, ictimaiyyətin büdcə prosesində iştirakının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Büdcə qaydasının tətbiqi artıq bərpa olunub. Onu da qeyd edim ki, dünyanın əksər ölkələrində inflyasiya təzyiqləri yüksəlib. 2021-ci ildə əvvəlki illə müqayisədə enerji qiymətləri 77 % faiz artıb. FAO-ya görə ərzaq qiymətləri son on ildə ən yüksək səviyyəyə çatıb. 2021-ci ildə inflyasiyayan xarici amillərin təsiri çoxalıb. Ümumi inflyasiyanın 60 %-i ərzaq inflyasiyasının payına düşür. Məzənnə sabitliyi inflyasiya idxalına azaldıcı təsir göstərib. Antiinflyasiya siyasəti xüsusi aktualdır və hökumətin siyasətinin mühüm hissələrindən biridir. Ötən il ərzində kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq 455 milyon manat sərf edilib ki, dövlət ərzaq təhlükəsizliyi təmin edilsin”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026