İnşaat materiallarının satışı ilə məşğul olan “Başak Group” MMC cərimələnə bilər.
Bakıvaxtı.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi “Başak Group” barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi əsasında protokol tərtib olunaraq iş Nizami rayon məhkəməsinə göndərilib.
Məcəllənin 485.2-ci maddəsinə bildirilir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
İnzibati xətalar haqqında iş hakim Nəriman Mehdiyevin sədrliyi ilə araşdırılacaq.
















