3D çap üsulu ilə insanın öz hüceyrələrindən istehsal edilən qulaq anadangəlmə kiçik qulaqla doğulan meksikalı xəstəyə köçürülüb.
Bakıvaxtı.az-ın məlumarına görə, Daily Mail-də yer alan xəbərə görə, Alexa kimi tanınan meksikalı 20 yaşlı xəstə dünyada öz hüceyrələrindən 3D çap olunmuş qulağa sahib olan ilk insan olub. Mütəxəssislər nadir anadangəlmə qüsurla (mikrotiya) doğulan və qulağının xarici hissəsinin kiçik və formasız olmasına səbəb olan gənc qadına edilən transplantasiyanın bir ümid olacağını bildirirlər.
Alimlər ümid edirlər ki, 3D çaplı implantlar qığırdaqla əlaqəli digər hallarda, məsələn, burun qüsurları və ya zədələri, döş rekonstruksiyası, dizdəki zədələnmiş menisküs və ya çiyinlərdə rotator manşet yırtıqları zamanı da istifadə edilə bilər.
Aytac Aslan










jpg-1656876109.webp)







