• Bakı 13° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İntim görüntüləri yayılan iranlı məmur işdən kənarlaşdırıldı

DÜNYA

30 Iyul 2023 | 17:22 | Müəllif: Subhan Mahmudov

İntim görüntüləri yayılan iranlı məmur işdən kənarlaşdırıldı

İranın Gilan vilayətinin islam mədəniyyəti departamentinin rəhbəri Reza Sekati (o həmçinin hicab taxmaq qaydalarına riayət olunmasına nəzarət edən məsul şəxsdir) internetə intim görüntülərinin yayılması ilə əlaqədar olaraq işdən kənarlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, onun məlum məsələ ilə bağlı təhqiqat sona çatanadək öz səlahiyyətlərindən məhrum edildiyi bildirilib.

Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə yayılan görüntülərdə Reza Sekatinin bir gənclə cinsi əlaqədə olduğu öz əksini tapıb. Videodakı digər şəxsin kimliyi müəyyən edilməyib.

Qeyd olunur ki, departament rəhbəri evlidir, üç qızı var.

Mənbə: BBC


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026