• Bakı 18° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

İnzibati xətalar üzrə 3561 icraat başlanıb

SİYASƏT

27 Yanvar 2025 | 10:42

İnzibati xətalar üzrə 3561 icraat başlanıb

2024-cü ildə prokurorluq orqanları tərəfindən inzibati xəta haqqında işlər üzrə 3561 icraat başlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, 2024-cü ildə prokurorluq orqanları tərəfindən inzibati xəta haqqında işlər üzrə 3561 icraat başlanıb inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında digər qurumlar tərəfindən qəbul edilmiş 122 qərar ləğv edilib.

Bundan başqa, hesabat dövründə müvafiq təşkilatlar, fiziki və vəzifəli şəxslər tərəfindən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, eləcə də onları qanun pozuntularından çəkindirmək məqsədi ilə prokuror təsir tədbiri qismində 4097 təqdimat verilib, 626 xəbərdarlıq edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026