• Bakı 21° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

İordaniyanın Fransadakı səfirliyi QARƏT EDİLDİ

DÜNYA

28 Sentyabr 2024 | 01:00

İordaniyanın Fransadakı səfirliyi QARƏT EDİLDİ

Naməlum şəxslər Fransanın paytaxtı Parisin nüfuzlu Nöyi-sür-Sen kommunasında yerləşən İordaniyanın Fransadakı səfirliyinə daxil olublar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sud Ouest qəzeti məlumat yayıb.

Qeyd olunub ki, oğurlanmış əşyalar arasında məxfi məlumatları ehtiva edən kompüter, təxminən 15 min avro dəyərində saat və İordaniya səfiri Lina əl-Hadidin mənzilinin açarları ola bilər.

Prokurorluq məxfilik şərtlərini əsas gətirərək oğurlanmış əmlakla bağlı məlumatları təsdiq etmir.

Qəzetin məlumatına görə, hadisə ilə bağlı cinayət işi açılıb.


SON XƏBƏRLƏR

27 Sentyabr 2024