• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"İran bizə qarşı müharibə elan edib" - Fəzail Ağamalı

SİYASƏT

01 Fevral 2023 | 11:46 | Müəllif: Qalib İbrahimoğlu

"İran bizə qarşı müharibə elan edib" - Fəzail Ağamalı

"İranda səfirliyimizə qarşı törədilən terror aktı ölkə ərazisimizə hücum kimi qiymətləndirilməlidir".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı bildirib.

Deputat hesab edir ki, çox doğru olaraq DTX baş verən hadisə ilə bağlı cinayət işi açıb: "Bu istintaqın nəticəsində fars molla rejmi terror aktının təşkilatçısı kimi cəzalandırılmalıdır. Biz İrana qarşı hər hansı güzəştə getməməliyik. İran 30 ildən çoxdur ki, ölkəmizə qarşı düşmənçiliyini davam etdirir. Burda fəaliyyət göstətrən İran deputat qrupunun işinə xitam verilməlidir".

F.Ağamalı qeyd edib ki, baş verən hadisə BMT səviyyəsində müzakirəyə çıxarılmalıdır və İran həqiqi qiymətini almalıdır.

"İran bizə qarşı müharibə elan edib və biz də buna uyğun cavab verməliyik”, - deyə Fəzail Ağamalı vurğulayıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026