• Bakı 23° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Əli Əsədov rusiyalı həmkarına məktub yolladı

SİYASƏT

03 Mart 2023 | 11:16

Əli Əsədov rusiyalı həmkarına məktub yolladı

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın Baş naziri Mixail Mişustinə ad günü münasibətilə təbrik məktubu göndərib.

Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Məktubda M.Mişustinin Azərbaycan ilə Rusiya arasında ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin inkişafına verdiyi töhfə qeyd olunur.

Azərbaycan-Rusiya ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı faydalı təşəbbüslərin səmərəli həyata keçirilməsi istiqamətində birgə səylərin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.

Həmçinin konstruktiv dialoqun davam etdiriləcəyinə ümid ifadə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026