• Bakı 25° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

İran BMT ilə əməkdaşlıq etdiyini açıqlayıb

DÜNYA

01 Iyul 2025 | 13:57

İran BMT ilə əməkdaşlıq etdiyini açıqlayıb

"İran 12 günlük müharibə zamanı İsrailin törətdiyi hərbi cinayətlərə dair BMT-yə dəlil toplayır. Bu məqsədlə İslam Respublikasının vitse-prezidentinin rəhbərlik etdiyi hüquq məsələləri üzrə xüsusi komitə yaradılıb". 

Bakıvaxtı.az "Mehr" Agentliyinə istinadən xəbər verir ki, bunu İran hökumətinin nümayəndəsi Fatimə Mohacerani bildirib.

Onun sözlərinə görə, artıq BMT-nin baş katibi Antonio Quterreş və müvafiq qurumlarla məktublar mübadiləsi aparılıb:

"Təbii ki, sionist rejimin etdikləri özlüyündə cinayətdir. BMT Təhlükəsizlik Şurası və insan haqları təşkilatları ilə dialoqlar başlayıb. Bu mövzu ilə bağlı BMT Təhlükəsizlik Şurası səviyyəsində üç görüş keçirilib".

Xatırladaq ki, iyunun 13-də İsrail İranın nüvə və ballistik raket proqramlarını hədəfə aldığını iddia edərək İrana hücum edib. İran İsraili vurmaqla cavab verib. İsrailin zərbələrindən bir neçə gün sonra ABŞ İranın üç nüvə obyektini bombalayaraq münaqişəyə birbaşa müdaxilə edib. İran buna cavab olaraq Qətərdəki ABŞ hərbi bazasına hücum edib. İyunun 24-də tərəflər arasında atəşkəs elan edilib.

Gülşən Şərif


SON XƏBƏRLƏR