• Bakı C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.7943

    RUB - 1.5024

İran: "G7 ölkələrinin Tehrana qarşı bəyanatı əsassızdır"

DÜNYA

28 Noyabr 2024 | 11:48

İran: G7 ölkələrinin Tehrana qarşı bəyanatı əsassızdır

 İran Xarici İşlər Nazirliyi G7 xarici işlər nazirlərinin Tehrana qarşı yaydığı bəyanatdakı iddiaları pisləyib.

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bununla bağlı İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi açıqlama verib.

O, G7 xarici işlər nazirlərinin İrana qarşı yaydıqları bəyanatın bir hissəsində irəli sürülən iddiaları qəti şəkildə rədd edib.

"Sözügedən bəyanatın məzmunu G7 qrupunun, xüsusən də bəzi üzvlərinin beynəlxalq sülh və təhlükəsizliyə zərər vuran qeyri-qanuni, ədalətsiz və məcburedici yanaşmalarını əks etdirir. Bu məsuliyyətsiz yanaşmanın nəticələrinin bariz nümunəsi G7-nin bəzi üzvlərinin Qəzza və Livanda işğalçı İsrail rejiminin soyqırımına və müharibəni qızışdırmasına hərtərəfli dəstəyidir. Təəssüf ki, G7-nin nüfuzlu üzvləri müxtəlif beynəlxalq məsələlərlə bağlı ikili və seçici davranışları ilə beynəlxalq münasibətlərdə qanunun aliliyi prinsipini ciddi şəkildə pozublar. Dünya ictimaiyyəti ədalətə, beynəlxalq hüquq prinsip və qaydalarına riayət etməlidir".

Gülşən Şərif


SON XƏBƏRLƏR