İran İsrailin Raket Proqramı ilə bağlı məlumatlara çıxış əldə edib.
Bakıvaxtı.az xəbər verir ki, bunu İranın kəşfiyyat nazirliyi bildirib.
Məlumata görə, İran bu məlumatları müttəfiqləri və anti-İsrail qrupları ilə bölüşməyi planlaşdırır.
İyunun 7-də Tasnim agentliyi İranın guya İsrailin nüvə proqramı ilə bağlı məxfi sənədlər əldə etdiyini bildirib. İyunun 8-də İranın İnformasiya (Kəşfiyyat) naziri İsmayıl Xətib sənədləri “kəşfiyyat məlumatlarının xəzinəsi” adlandırıb. O bildirib ki, bu məlumatlar ölkənin hücum imkanlarını gücləndirməyə kömək edəcək.
İran kəşfiyyatı sənədlərin bəzilərinin İsrailin hərbi və raket proqramları ilə bağlı olduğunu bildirib. Qeyd olunub ki, Tehran İsrailin nüvə hərbi proqramı, eləcə də “cari və gələcək proqramlar” və bu layihələrdə iştirak edən alimlər haqqında məlumatlar əldə edib.
Kəşfiyyat məlumatlarına görə, sənədlərin bəziləri İran Silahlı Qüvvələri tərəfindən istifadə olunur.
Bəyanatda deyilir: “İran digər hissəsini dost ölkələrlə bölüşəcək, ya da təşkilatlara və anti-sionist qruplarına veriləcək”.
İyunun 9-da İranın Ali Milli Təhlükəsizlik Şurası bildirib ki, İran İsrailin hücumu halında İsrailin “gizli nüvə infrastrukturuna” cavab zərbəsi endirməyə hazırdır. Qeyd olunub ki, Tehran İsrailin gizli nüvə infrastrukturuna mütənasib zərbə vurmaqla istənilən təcavüzü dəf etməyə qadirdir.
Mina Mikayılova