MAQATE-nin Rəhbərlər Şurasının Tehrana qarşı qəbul etdiyi son qətnamə İran tərəfindən kəskin tənqid edilib.
Bakıvaxtı.az bu barədə Tasnim-ə istinadən xəbər verir.
Məlumata görə, İran XİN sözçüsü İsmayıl Bəqayi bəyan edib ki, bu addım problemlərin həllinə deyil, onların daha da çətinləşməsinə xidmət edir.
O, Tehranın Qahirədə əldə olunmuş anlaşmanı etibarsız saydığını xatırladaraq, İranın milli maraqlara uyğun qərarlar verəcəyini bildirib.
Bəqayi həmçinin MAQATE rəhbərliyini xarici təzyiqlərə uymamağa və texniki mandatına sadiq qalmağa çağırıb.
Əli Hüseynov
Bakı 



