• Bakı 17° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İran növbəti təlimlərə başlayır

GÜNDƏM

11 Oktyabr 2021 | 23:31 | Müəllif: Subhan Mahmudov

İran növbəti təlimlərə başlayır

İranın havadan müdafiə qüvvələri ölkənin mərkəzi regionlarında təlimlərə başlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, keçiriləcək təlimlər döyüş hazırlığının artırılması, havadan müdafiə qüvvələrinin gücləndirilməsi və düşmənin mümkün təcavüzün qarşısının alınmasına yönəlib.

Təlimlərdə yüksəkdəqiqlikli silahlardan qorunma texnologiyası, qanadlı raketlər, həmçinin “görünməz” təyyarələrdən istifadə ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026