• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Hulusi Akar Türkiyə-Azərbaycan-Pakistan-Gürcüstan əməkdaşlığının hədəflərini açıqladı

GÜNDƏM

09 Noyabr 2021 | 13:43

Hulusi Akar Türkiyə-Azərbaycan-Pakistan-Gürcüstan əməkdaşlığının hədəflərini açıqladı

“Müharibə zamanı Azərbaycan və Türkiyənin yanında üçüncü bir ölkə olaraq Pakistan dayanmışdı”.

Bakıvaxtı.az-ın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov birgə keçirdiyi mətbuat konfransında deyib.

“Pakistanlı bütün qardaşlarımıza buradan təşəkkürlərimizi bildiririk. Onlarla birlikdə bu hadisələr çərçivəsində hərbi təhlükəsizlik və təlim sahəsində əməkdaşlığımızı artırmaq üçün fəaliyyətimizi davam etdiririk. Qarşıdakı günlərdə bunların da inkişaf edəcəyinə inanıram. Biz bu sinerjidən faydalanmaq istəyir, bunu üçün fəaliyyət göstəririk. Bu sahədə quru, dəniz, hava qüvvələrimiz, müdafiə sənayemiz, xüsusi qüvvələrimiz fəaliyyət göstərir. Qarşılıqlı informasiya mübadiləsi əsas mövzudur.

Bütün bunları nəzərə alsaq, qarşımızdakı dövrdə bu fəaliyyətin müdafiə və təhlükəsizlik məsələlərində Pakistan, Türkiyə, Azərbaycan və Gürcüstan üçün əhəmiyyətli töhfələri olacaq”, - H.Akar bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026