• Bakı 19° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

GÜNDƏM

08 Noyabr 2021 | 23:40 | Müəllif: Subhan Mahmudov

Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Başda Zəngəzur dəhlizi ilə bağlı razılaşma olmaqla, hər platformada azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında deyib.

"Bu yeni dövr Ermənistan üçün də çox böyük imkanlar təqdim edir. Nə qədər ki, millətimizə, dövlətimizə düşmənçilik yoxdur, bizim heç kimlə problemimiz yoxdur", - Ərdoğan bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, yeni qlobal sistemdə Cənubi Qafqazın strateji əhəmiyyəti artacaq:

"Türkiyə olaraq bu coğrafiyanın işıqlı gələcəyi üçün üzərimizə düşəni etməkdə qərarlıyıq. Cümə günü İstanbulda toplanacaq Türk Şurasında biz digər qardaş ölkələrlə gələcəyimizi geniş müzakirə edəcəyik. Demək olar ki, hər bir məsələdə üzv və müşahidəçi ölkələrlə həmfikir olduğumuzu görməkdən məmnunuq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026