• Bakı 24° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

İran səfirindən sərhəddəki təlimlərə REAKSİYA

DÜNYA

17 Oktyabr 2022 | 17:19

İran səfirindən sərhəddəki təlimlərə REAKSİYA

“İran hərbi təlimlər barədə Azərbaycan tərəfinə məlumat veriib”.

Bakıvaxtı.az  xəbər verir ki, bunu jurnalistlərə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunlarının Azərbaycanla həmsərhəd bölgədə davam edən təlimlər barədə danışarkən deyib.

“Biz qardaş Azərbaycana bu hərbi təlimlər barədə məlumat vermişik”, - İran səfiri bildirib.

O, təlimlərin sülh naminə keçirildiyini söyləyib.

İran rəsmilərinin tez-tez Ermənistanın xeyrinə bəyanatlar verməsi məsələsinə münasibət bildirən diplomat vurğulayıb ki, söhbət İranın hansısa tərəfi dəstəkləməsindən getmir: “İran öz maraqları çərçivəsində mövqeyini ifadə edir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026