• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İranda 10 qadın 90 il azadlıqdan məhrum edilib

DÜNYA

25 Oktyabr 2024 | 16:50

İranda 10 qadın 90 il azadlıqdan məhrum edilib

İran İnqilab Məhkəməsinin İsfahandakı şöbəsi on bəhai dininə mənsub qadın barəsində ümumilikdə 90 il həbs və 900 milyon tümən cərimə barədə hökm çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı “İran İnternational” yayıb.

Məlumata görə, onlar “islam dinini təhqir etməkdə” ittiham olunublar.

Bildirilib ki, son aylar İranda bəhailərə təzyiqlər artıb. Rəsmi olmayan məlumatlara əsasən, İranda 300 mindən çox bəhai yaşayır.

Ölkə konstitusiyasına əsasən, Tehran hakimiyyəti islam, xristian, yəhudi və zərdüşt dinlərini tanıyır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026