• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

5 alpinist qar uçqunu altında qaldı

CƏMİYYƏT

24 Noyabr 2023 | 17:03

5 alpinist qar uçqunu altında qaldı

İranda 9 nəfərlik alpinist qrupu qar uçqununa düşüb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Lorestan əyalətinin Ezna şəhərində qeydə alınıb. İranın Tasnim Xəbər Agentliyinin məlumatına görə, Ezna Qızıl Aypara Cəmiyyətinin prezidenti Əli Rza Süleymani hadisə ilə bağlı açıqlama verib.

Alpinist komandasının Oştorankuh dağlarının ətəklərinə getdiyini bildirən Süleymani komandanın bu səhər Senberan zirvəsinə qalxmağa başladığını və Çale Kebud bölgəsində qar uçqunu altında qaldığını bildirib.

O, qar uçqunu nəticəsində 9 alpinistdən ibarət qrupdan ikisi yaralı olmaqla 4 nəfərin xilas edildiyini, 5-nin isə uçqun altında qaldığını qeyd edib.

Ezna şəhər Qızıl Aypara qruplarının hadisə yerində axtarış-xilasetmə işlərinə davam etdiyini bildirən Əli Rza Süleymani bölgəyə Mərkəzi əyalətdən bir vertolyotun göndərildiyini deyib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026