İranda bir gündə 29 nəfərin edam olunması narazılıq yaradıb.
Bakıvaxtı.az axar.az-a istinadən xəbər verir ki, məlumatı Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı yayıb.
Bildirilib ki, həftənin çərşənbə günü Qızılhasar həbsxanasında 22, Kərəc şəhər həbsxanasında isə 3 məhbus dar ağacından asılıb.
Edam edilənlərdən 3-ü Əfqanıstan vətəndaşı, 7-si isə sünni məzhəbli şəxslərdir
Öldürülənlər arasında 2022-ci il etirazlarında iştirak edən şəxs də olub.
İnsan Haqları Təşkilatı edam faktını pisləyib. Onlar İranı 2022-ci il etirazlarından sonra ictimai qorxu yaratmaq üçün ölüm hökmündən istifadə etməkdə ittiham ediblər.
İnsan haqları fəalları hesab edir ki, İran Çindən sonra edamların sayına görə lider ölkələrdəndir.
BMT-nin məlumatına görə, bu il ən azı 345 ölüm hökmü icra edilib ki, onlardan, 15-i qadın olub. Dar ağacından asılan məhbusların qətldə və narkotik maddələrin alverində ittiham olunur. Bəzi insan haqları fəalları edam edilənlərdən bir neçəsinin siyasi ittihamlarla həbs olunduqlarını yazıblar.



jpg-1725885947.webp)











