• Bakı 15° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İranda itkin düşən tələbəmiz tapılıb? - RƏSMİ

CƏMİYYƏT

13 Mart 2023 | 12:38

İranda itkin düşən tələbəmiz tapılıb? - RƏSMİ

İranda itkin düşən azərbaycanlı tələbədən məlumat yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu  Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

"İrandan cavab gözləyirik. Buna görə də, axtarışlarda son durumla bağlı məlumat yoxdur", - deyə o qeyd edib.

Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli fevralın 20-də İrana səfərə getdikdən sonra martın 4-dən bəri ondan xəbər alınması mümkün olmayıb. Məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb. /Trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026