• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu ərazilərdə ağaclar qanunsuz kəsildi - FOTOLAR

CƏMİYYƏT

12 Aprel 2023 | 12:17

Bu ərazilərdə ağaclar qanunsuz kəsildi - FOTOLAR

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt, Hacıqabul şəhərlərində və Samux rayonu ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Bakıvaxtı.az-a bildirib ki, araşdırma zamanı ağacların Sumqayıt şəhəri, 36-cı məhəllədə Vaqif Rzayev tərəfindən, Samux rayonu, Sərkar kəndində Vədadil Qarayev, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində Rahil Baxışov, Hacıqabul rayonu, yol kənarı ərazidə isə Hacıqabul Rayon Yaşıllaşdırma və Abadlıq İşləri Sahəsi tərəfindən kəsildiyi məlum olub.

Faktlarla bağlı akt tərtib edilib. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.


Bu ərazilərdə ağaclar qanunsuz kəsildi - FOTOLARBu ərazilərdə ağaclar qanunsuz kəsildi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026