• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Məsciddə bıçaqlanma: İmama hücum etdi

CƏMİYYƏT

12 Aprel 2023 | 12:00

Məsciddə bıçaqlanma: İmama hücum etdi

Amerikadakı məscidlərin birində bıçaqlanma hadisəsi olub.

Bakıvaxtı.az xarici mətbuata istindla xəbər verir ki. hadisə Nyu-Cersi ştatının Paterson şəhərindəki Ömər məscidində qeydə alınıb. Belə ki, məscidin imamı Seyid Əl-Nakib aprelin 9-da səhər namazını qılarkən camaatın arasından atılan hücumçu tərəfindən bıçaqlanıb.

Qaçmaq istəyərkən camaat tərəfindən yaxalanan şübhəlinin İstanbulda doğulan 32 yaşlı Şerif Zorba olduğu müəyyən edilib.

Təhlükəsizlik kamerasına aydın şəkildə əks olunan həmin anlarda təcavüzkar səcdəyə qapanan camaatın üstündən tullanaraq 65 yaşlı imamı kürəyindən bıçaqlayıb. Ağciyərlərində iki bıçaq yarası olduğu aşkarlanan İmam Əl-Nəkibin xəstəxanada müalicəsi davam edir.

ABŞ-a qısa müddət əvvəl gəlmiş kimi görünən Zorba bir gün əvvəl türk tərcüməçi vasitəsilə saxlandığı əyalət həbsxanasından videobağlantı vasitəsilə ilk məhkəmə iclasına qatılıb. Zorba video çəkilişlərə baxmayaraq, qəsdən adam öldürməyə cəhd ittihamını rədd edib.

Bu arada yerli mətbuat Zorbanın Ramazan ayının əvvəlindən şəhərdəki Ömər məscidinə deyil, Mövlana məscidinə getdiyini yazıb. “15 gündür bizim məscidə gəlir, normal idi. Gələr, namaz qılar və gedərdi”, - deyə Həmin məscidin rəhbəri Həsən Ören bildirib.

Həbsxanada saxlanılan Zorba sabah bir daha hakim qarşısına çıxacaq.

150 min əhalisi olan şəhərdə 30 minə yaxın müsəlman yaşayır. Paterson sıx mühacir əhalisinə görə "Türk şəhəri" kimi də tanınır. Hadisəni araşdıran türk əsilli baş prokuror köməkçisi Bülənt Can bildirib ki, motivi araşdırılan Zorba maksimum 26 il həbs cəzası ala bilər.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026