İranın Şiraz şəhərindəki Şah Çərəx məscidində törədilən terror aktı nəticəsində azı 7 nəfər həlak olub.
Bakıvaxtı.az İran KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İranın Fars əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələrinin komandiri Yadollah Bueli bildirib. Daha 10 nəfər yaralanıb.
***20:35
İranın cənub-qərbində terror aktı baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
İslam Respublikasının cənub-qərbində yerləşən Fars əyalətindəki Şah Çərəx məqbərəsində baş verən insident nəticəsində məqbərənin azı iki qulluqçusu həlak olub.
Silahlılar atəş açdıqdan qısa müddət sonra təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib.
















