• Bakı 23° C

    4.03 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

İranda "Mossad"la əməkdaşlıq edən beş nəfər saxlanılıb

CƏMİYYƏT

18 Iyun 2025 | 10:35

İranda Mossadla əməkdaşlıq edən beş nəfər saxlanılıb

İranın hüquq-mühafizə orqanları ölkənin cənub-qərbində İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıq edən beş nəfəri saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fars” agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yerli idarəsinə istinadən məlumat yayıb.

"Luristan vilayətinin SEPAH kəşfiyyatı "Mossad"ın tapşırıqlarını yerinə yetirməyi planlaşdıran satqınlardan beş nəfərini aşkarlayaraq saxlayıb", - agentlik bildirib.

Öz növbəsində, İran hüquq-mühafizə orqanlarının rəsmi nümayəndəsi Müntəzir əl-Mehdi ILNA agentliyinə Əlborz, Tehran vilayətlərində və İranın bir sıra digər ərazilərində pilotsuz uçuş aparatlarının yığıldığı emalatxanaların aşkar edildiyi, həmçinin partlayıcı maddələr və dronlar daşıyan bir neçə avtomobilin saxlanıldığı barədə məlumat verib.


SON XƏBƏRLƏR