• Bakı 11° C

    4.13 m/s

  • USD - 1.7

    EUR - 1.8342

    RUB - 0.0175

İranda prezident seçkilərində 6 nəfərin namizədliyi təsdiqləndi

SİYASƏT

11 Iyun 2024 | 14:09

İranda prezident seçkilərində 6 nəfərin namizədliyi təsdiqləndi

İranda iyunun 28-də keçiriləcək prezident seçkilərində iştirak edəcək 6 namizədin adı açıqlanıb.

Bakıvaxtı.az "İHA"ya istinadən xəbər verir ki, seçkilərə nəzarət edən Keşikçilər Şurası prezident seçkilərində mübarizə aparacaq altı namizədi təsdiqləyib. 

Seçkilərdə qalib gələn namizəd ötən ay İranın şimalında helikopter qəzasında həlak olan İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian da daxil olmaqla, yeddi nəfəri əvəz edəcək. 

Namizədliyi təsdiqlənən 6 nəfərdən 5-i mühafizəkar, yalnız biri islahatçıdır.

Siyahıya aşağıdakı adlar daxildir:

Məhəmməd Bağer Qalibaf  - Mühafizəkarlar Partiyasının parlament spikeri və İnqilab Keşikçiləri Qvardiyasının keçmiş komandiridir. 

Səid Cəlili - keçmiş baş nüvə müzakirəçisidir. O, 4 il dini lider Ayətullah Əli Xameneinin ofisini idarə edib.

Əlireza Zəkani  - Tehranın mühafizəkar meridir.

Mostafa Pourmohammadi  - Mühafizəkar, sabiq daxili işlər və ədliyyə naziridir.

Əmirhüseyn Qazizadə-Haşimi  – Şəhidlər Fondunun hazırkı vitse-prezidentidir.

Məsud Pezeşkian  - Sabiq səhiyyə naziri və İran parlamentində Təbrizi təmsil edən yeganə islahatçı namizəddir.

Qeyd edək ki, seçkilərdə namizəd olmaq üçün ümumilikdə 80 nəfər müraciət etmişdi.

Gülşən Şərif


SON XƏBƏRLƏR