• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İrandan Türkiyəyə qaz ixracı azalıb

DÜNYA

07 Yanvar 2023 | 18:43 | Müəllif: Subhan Mahmudov

İrandan Türkiyəyə qaz ixracı azalıb

Qaz nəqli sistemində baş verən qəzaya görə İranın Türkiyəyə yanacaq tədarükü 70 azalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin “Botaş” kompaniyası məlumat yayıb.

“İranın qaz nəqli sistemində yaranan nasazlıq səbəbindən 2023-cü il yanvarın 1-dən etibarən Türkiyəyə mavi yanacağın tədarükü 70 faiz azalıb. İran tərəfi bu barədə bizi məlumatlandırıb və qəzanın aradan qaldırılması üçün lazımi addımların atılacağını deyib”, - məlumatda qeyd olunub.

“Botaş” kompaniyası tədarük bərpa olunana qədər ölkənin qaza olan tələbatını yeraltı anbarlar hesabına ödəyəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026