İran Rusiyaya iki ölkənin alimləri üçün səyahət vizalarının qarşılıqlı ləğvini təklif edib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Hadi Qudarzi bildirib.
“Biz alimlər, professorlar və universitet işçiləri üçün vizasız səyahətə başlaya bilərik ki, onlar rahatlıqla Rusiya və İrana gedə bilsinlər”.
Onun sözlərinə görə, təklif artıq rusiyalı həmkarlarına göndərilib və İran tərəfi bu məsələni Rusiya Xarici İşlər Nazirliyi ilə müzakirə edəcək.
Günəş Mərd




jpg-1709382251.webp)











