Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev telefonla birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Bu il fevralın 21-də keçirilən görüşdə aparılan fikir mübadiləsinin davamı olaraq Kazanda ticarət-iqtisadi, nəqliyyat, logistika və enerji sahələrində birgə layihələrin həyata keçirilməsi vurğulanaraq ikitərəfli gündəliyin bəzi cari məsələləri müzakirə edilib”, - məlumatda deyilir.
Tokayev Rusiya prezidentinin Federal Məclisə müraciətinin məzmunlu, proqram xarakterli olduğunu xüsusilə qeyd edib.
İki ölkə liderləri, həmçinin müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərini gücləndirməklə bağlı müzakirələr aparıblar.
Günəş Mərd