• Bakı 19° C

    11.33 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

İranın bu hava limanlarında uçuş məhdudiyyətləri götürülüb - YENİLƏNİB

DÜNYA

19 Aprel 2024 | 09:08

İranın bu hava limanlarında uçuş məhdudiyyətləri götürülüb - YENİLƏNİB

İranın bəzi hava limanlarında uçuş məhdudiyyətləri aradan qaldırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Aviasiya Təşkilatının sözçüsü bildirib.

    Tehranın İmam Xomeyni və Mehrabad hava limanlarına uçuşlar üzrə tətbiq edilən bütün məhdudiyyətlər aradan qaldırılıb.

    Məhdudiyyətlərin digər hava limanlarında da aradan qaldırıldığı qeyd edilib.

    ***

    08:29

    İran bəzi şəhərlər üzərində uçuşları dayandırıb.

    Bakıvaxtı.az bu barədə İran mətbuatına istinadla xəbər verir.

    Məlumata görə, İsfahan, Şiraz və Tehran şəhərləri üzərində uçuşlar dayandırılıb.

    Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

    Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.


    SON XƏBƏRLƏR

    01 May 2024