İranın Ali Rəhbəri Ayətullah Xomenei İsrailin Baş naziri Benyamin Netanyahunun həbsi məsələsi ilə bağlı açıqlama verib.
Bakıvaxtı.az xəbər verir ki, İRNA-nın məlumatına görə, Əli Xamenei Tehranda İnqilab Keşikçiləri Ordusuna bağlı milis qüvvələrinin üzvləri qarşısında çıxış edib.
İsrailin Qəzza və Livanda insanlığa qarşı törətdiyi cinayətlərdən danışan Xamenei qeyd edib:
"Netanyahu üçün həbs qərarı verilib, bu kifayət deyil. Onun cəzası ölüm cəzasıdır. Məsul İsrail liderlərinə ölüm hökmü verilməlidir".
Mülki əhalinin yaşayış yerlərinin bombalanmasına reaksiya verən İran lideri deyib:
"Qəzzə və Livanda insanların evlərini bombalamaq qələbə deyil. Axmaqlar insanların evlərini, xəstəxanalarını bombaladıqları üçün qələbə qazandıqlarını düşünməsinlər. Heç kim bunu qələbə kimi görmür. Onların etdikləri qələbə deyil, cinayətdir".
Əli Hüseynov